“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Şabran Rayon Komitəsi tərəfindən Xaçmaz rayonu Aliqars İstirahət Mərkəzinə Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli tam orta ümumtəhsil lisey-məktəbinin bir qrup ittifaq üzvü üçün ekskursiya təşkil olundu

23/10/2025, 12:56
xeber1

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 15 iyun 2025-ci il tarixində Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli tam orta ümumtəhsil lisey-məktəbinin bir qrup ittifaq üzvü üçün Xaçmaz rayonu Aliqars istirahət mərkəzinə ekskursiya təşkil olundu. Təhsil işçiləri üçün asudə vaxtlarını səmərəli keçirə biləcəkləri bu ekskursiya, həm də təhsil işçiləri arasında kollektiv əlaqələrin gücləndirilməsi məqsədini daşıyıb.


Ekskursiya iştirakçıları, Aliqars istirahət mərkəzinin təbii gözəlliklərini kəşf edərək, burada təşkil olunan müxtəlif fəaliyyətlərdə iştirak ediblər. Tədbir, həmçinin təhsil işçilərinə rahatlamaq və yeni enerji ilə iş fəaliyyətlərinə davam etmək üçün mükəmməl bir fürsət yaradıb.


Təhsil işçiləri təşkilatçılığa və yaradılan şəraitə görə ETİHİ Respublika Komitəsinin Sədri Araz cənab Paşayevə dərin təşəkkürlərini bildiriblər. Belə tədbirlərin, təhsil işçilərinin motivasiyasını artıracağına və onların peşə fəaliyyətinə müsbət təsir göstərəcəyinə olan inamını ifadə ediblər.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: