“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Şabran rayon Aygünlü kənd tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvü üçün ekskursiya təşkil olunmuşdur

27/10/2025, 12:56
xeber1


2025-ci il iyunun 29-da,ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Şabran rayon Aygünlü kənd tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvü üçün asudə vaxtın səmərəli təşkili məqsədilə ekskursiya təşkil olunmuşdur. Təhsil işçilərinin iştirakı ilə keçirilən bu ekskursiya, Quba rayonunun gözəl təbiəti ilə məşhur olan Qəçrəş kəndinə baş tutmuşdur.


Ekskursiyada iştirak edən təhsil işçiləri yaradılan şəraitdən çox razı qalmış və təşkilatçılara, xüsusən də ETİHİ Respublika Komitəsinin Sədri Cənab Araz Paşayevə dərin təşəkkürlərini bildirmişlər. Onlar bu cür tədbirlərin işçilərin motivasiyasını artırmaq və asudə vaxtlarını daha faydalı və produktiv keçirmələrini təmin etmək baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıblar.

Bu cür tədbirlər, təhsil işçilərinin peşəkar inkişafını dəstəkləyən və onların işlərinə olan maraqlarını artıran vacib fəaliyyətlərdən biridir.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: