“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Şabran şəhər 3 nömrəli ümumi orta ümumtəhsil məktəbin bir qrup ittifaq üzvü üçün ekskursiya təşkil olundu

24/10/2025, 11:04
xeber1


26 iyun 2025-ci il tarixində ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Şabran şəhəri 3 nömrəli ümumi orta ümumtəhsil məktəbin bir qrup ittifaq üzvü üçün asudə vaxtlarının səmərəli təşkili məqsədilə ekskursiya təşkil olunub. Ekskursiya, Quba rayonunda yerləşən Qədim Quba İstirahət Mərkəzində baş tutub.


Bu ekskursiyada iştirak edən təhsil işçiləri, təbiət qoynunda dincəlmək və kollektiv olaraq bir-birlərilə vaxt keçirmək fürsəti əldə ediblər. Ekskursiyanın keçirilməsində əsas məqsəd, təhsil işçilərinin həm istirahət etmələri, həm də əməkdaşlıq və birlik ruhunu gücləndirmələridir.


Ekskursiyanın sonunda, iştirakçılar yaradılan şərait və göstərilən yüksək xidmət üçün ETİHİ Respublika Komitəsinin Sədri cənab Araz Paşayevə təşəkkürlərini bildiriblər. Onlar, bu cür tədbirlərin həm peşəkar inkişaf, həm də şəxsi münasibətlərin inkişafına müsbət təsir etdiyini qeyd ediblər.


Bu təşəbbüsün təhsil işçilərinin asudə vaxtlarının daha məhsuldar keçirilməsinə yönəldildiyi, həmçinin komanda ruhunun gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.


Belə tədbirlər, ETİHİ-nin təhsil sahəsindəki sosial məsələlərə verdiyi önəmi və təhsil işçilərinin həyat keyfiyyətinin yüksəldilməsinə yönələn fəaliyyətini bir daha nümayiş etdirir.


Gallery Image

Sosial şəbəkələrdə paylaş: