“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Şabran şəhəri 1 nömrəli ümumi orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvü üçün Qusar şəhərinə ekskursiya təşkil olundu

27/10/2025, 13:11
xeber1


2025-ci il iyunun 27-də, ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Şabran şəhəri 1 nömrəli ümumi orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvü üçün asudə vaxtlarının səmərəli təşkili məqsədilə Qusar şəhərinə ekskursiya təşkil olundu.


Ekskursiyanın iştirakçıları, Qusarın zəngin mədəni irsi və möhtəşəm təbiəti ilə yaxından tanış oldu, ətraf mühitin gözəlliklərindən ilham alılar. Təhsil işçiləri, təşkilatçılığın yüksək səviyyədə olduğunu və ekskursiyanın həm əyləncəli, həm də maarifləndirici olduğunu bildirərək, ETİHİ Respublika Komitəsinin Sədri Cənab Araz Paşayevə minnətdarlıqlarını ifadə etdilər.


Ekskursiya, təhsil işçilərinin bir araya gəlməsinə və asudə vaxtlarını daha səmərəli keçirmələrinə imkan yaratdı. Bu cür tədbirlər, həmçinin işçilərin motivasiyasını artırmaq və peşəkar inkişaflarını dəstəkləmək baxımından mühüm əhəmiyyət daşıyır.



Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: