“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Şabran şəhəri Ağalıq kənd tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvü üçün Qusar şəhərinə ekskursiya təşkil olundu

24/10/2025, 11:35
xeber1



2025-ci ilin 27 iyun tarixində, ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Şabran şəhəri Ağalıq kənd tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvü üçün Qusar şəhərinə ekskursiya təşkil olunmuşdur. Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli keçirilməsi və onların sosial mədəni inkişafına dəstək olmaqdır.


İttifaq üzvləri, ekskursiya zamanı Qusar şəhərinin tarixi və mədəni abidələri ilə tanış olmuş, həmçinin bölgənin gözəl təbiətini kəşf etmişlər. Bu cür tədbirlər, təhsil işçilərinin peşəkar inkişaflarını dəstəkləmək və onların motivasiyasını artırmaq məqsədini güdür.


Ekskursiya iştirakçıları, yaradılan şərait və göstərilən dəstəyə görə, ETİHİ Respublika Komitəsinin Sədri cənab Araz Paşayevə dərin təşəkkürlərini bildirmişlər. Bu təşəbbüs, təhsil işçilərinin işgüzar münasibətlərini gücləndirərək, həm də iş mühitində daha da səmərəli fəaliyyət göstərmələrinə şərait yaradacaqdır.



Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: