Xəbərlər
ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvü üçün asudə vaxtlarının səmərəli təşkili məqsədilə Qusar şəhərinə ekskursiya təşkil olunmuşdur.

2025-ci il iyunun 25-də ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvü üçün asudə vaxtlarının səmərəli təşkili məqsədilə Qusar şəhərinə ekskursiya təşkil olunmuşdur.
Ekskursiyada iştirak edən təhsil işçiləri, şəhərin təbii gözəlliklərini və mədəni irsini kəşf edərək, unudulmaz anlar yaşamışlar. Qusarın zəngin tarixi və təbiətinə olan maraq, ekskursiyanın əhəmiyyətini artırmış və iştirakçılara xoş təsir bağışlamışdır.
Təhsil işçiləri, təşkil edilən bu tədbirə görə ETİHİ Respublika Komitəsinin Sədri Cənab Araz Paşayevə dərin təşəkkürlərini bildiriblər. Onlar, belə ekskursiyaların işçilərin ruh yüksəkliyini artırmaq, həmçinin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək baxımından çox faydalı olduğunu vurğulayıblar.








