Xəbərlər
ETİHİ Səbail Rayon Komitəsinin dəstəyi ilə üzv təşkilatı Azərbaycan Maliyyə-İqtisad Kollecinin rəhbərliyi, müəllim və tələbə heyəti şəhid Elşən Cahangir oğlu İbrahimovun anım günü münasibətilə onun valideynləri ilə birgə məzarını ziyarət ediblər.

ETİHİ Səbail Rayon Komitəsinin dəstəyi ilə üzv təşkilat — Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecinin rəhbərliyi, müəllim və tələbə heyəti qəhrəman şəhid Elşən Cahangir oğlu İbrahimovun anım günü münasibətilə onun valideynləri ilə birgə məzarını ziyarət edib.
Ziyarət zamanı Elşənin keçdiyi şərəfli həyat yolu və gənc yaşında göstərdiyi qəhrəmanlıq barədə onun valideynləri — Cahangir bəy və Xatirə xanımla söhbət aparılıb, xatirəsi ehtiramla yad edilib.
Bu gün azad Azərbaycanın azad vətəndaşları olaraq Elşən kimi qəhrəmanların sayəsində başıuca gəzirik.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!






