Xəbərlər
ETİHİ Səbail Rayon Komitəsinin tabeliyində olan ümumtəhsil məktəblərində “Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə ” mövzusunda yuxarı sinif şagirdlərlə bir sıra maarifləndirici görüşlər keçirilmişdir.

ETİHİ Səbail Rayon Komitəsinin tabeliyində olan 51№li , 329№li və 236 №li ümumtəhsil məktəblərində narkomaniya və narkotik vasitələri qanunsuz dövriyyəsinə qarşı mübarizə, sağlam həyat tərzinin təbliği məqsədilə “Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə ” mövzusunda yuxarı sinif şagirdlərlə bir sıra maarifləndirici görüşlər keçirilmişdir.
51№li tam orta məktəbdə “Gələcəyimizi birlikdə düşünək,narkomaniyaya yox deyək" mövzusunda seminar təşkil olundu. Səbail Rayon Polis İdarəsinin Şəxsi Heyətlə İş üzrə köməkçisi, polis polkovnik-leytenantı Fəxrəddin Babayev və Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin Təşkili bölməsinin rəisi,polis mayoru Aqil Xudiyev çıxış etdi. Oktyabr ayı ərzində digər məktəblərdə də bu kimi görüşlərin təşkili nəzərdə tutulub.






