Xəbərlər
ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatı olan 203 nömrəli tam orta ümumtəhsil məktəbində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir
ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatı olan 203 nömrəli tam orta ümumtəhsil məktəbində 20 oktyabr 2025-ci il tarixində Azərbaycan musiqi mədəniyyətinin banisi, dahi bəstəkar və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bəstəkarın zəngin yaradıcılıq irsinə həsr olunan tədbir məktəbin musiqi müəllimi Rəna Hacıyevanın təşkilatçılığı ilə keçirilib. Şagirdlərin ifasında bəstəkarın şah əsəri olan “Leyli və Məcnun” operasından səhnələr canlandırılıb.
Belə tədbirlər şagirdlərdə milli musiqimizə, mədəni irsimizə və vətənimizin böyük şəxsiyyətlərinə sevgi və qürur hissinin daha da möhkəmlənməsinə xidmət edir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova, həmçinin Səbail rayonunun ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
ETİHİ Səbail Rayon Komitəsi adından tədbirin təşkilində əməyi keçən müəllimlərə təşəkkürnamələr təqdim olunub.







