Xəbərlər
ETİHİ Suraxanı Rayon Komitəsi tərəfindən 280 nömrəli uşaq bağçasının müdiri Səfərova Solmaz Məmməd qızı yubileyi münasibətilə səmimi şəkildə təbrik edilib.
08/04/2025, 12:57

ATİAHİ Suraxanı Rayon Komitəsi tərəfindən 280 nömrəli uşaq bağçasının müdiri Səfərova Solmaz Məmməd qızı yubileyi münasibətilə səmimi şəkildə təbrik edilib. Tədbir zamanı onun pedaqoji fəaliyyətinə, uşaqların tərbiyə və inkişafına verdiyi töhfələrə xüsusi diqqət çəkilmiş, uzun illər ərzində göstərdiyi peşəkarlıq və məsuliyyətli işinə görə minnətdarlıq ifadə olunub.
Komitə tərəfindən Solmaz xanıma hədiyyə və gül dəstəsi təqdim edilib, gələcək fəaliyyətində uğurlar, möhkəm can sağlığı və yeni nailiyyətlər arzulanıb.





