“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Tovuz Rayon Komitəsində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

22/10/2025, 16:57
xeber1

ETİHİ Tovuz Rayon Komitəsində Beynəlxalq Müəllimlər Günü qeyd olunub


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsi 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.Tədbirdə Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz Rayon Təhsil Sektorunun müdiri Aysel Quliyeva, sektorun məsləhətçiləri,ETİHİ Tovuz rayon Komitəsinin sədri Flora Pənahova, təhsil sahəsində uğurları ilə seçilən müəllimlər, sertifikasiya imtahanında yüksək nəticə göstərən pedaqoqlar, eləcə də təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri qoyublar. Görüşdə təhsil işçilərinin cəmiyyətin inkişafındakı rolu, pedaqoji əməyin əvəzsiz dəyəri və müəllimlik peşəsinin mənəvi məsuliyyəti vurğulanıb.

Tədbir iştirakçıları təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin minnətdarlıqlarını bildirərək, bu kimi təşəbbüslərin müəllim əməyinə verilən yüksək dəyərin bariz nümunəsi olduğunu qeyd ediblər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsi təhsil sahəsində fədakarlıqla çalışan bütün müəllimlərə cəmiyyətin gələcəyi naminə göstərdikləri əvəzsiz xidmətlərə görə dərin təşəkkürünü bildirir.


Müəllimlər Gününüz mübarək!

Gallery Image

Sosial şəbəkələrdə paylaş: