“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Xətai Rayon Komitəsi tərəfindən narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib

16/10/2025, 09:42
xeber1

15 oktyabrda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsi tərəfindən 86 nömrəli tam orta məktəbdə “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirilib.


Tədbiri açan məktəbin direktoru Günel Səmədova şagirdləri tədbirin mövzusu barədə məlumatlandırıb, bu mövzunun aktuallığını vurğulayıb və yeniyetmələrin narkomaniya təhlükəsindən qorunmasının vacibliyini diqqətə çatdırıb. O, belə maarifləndirici tədbirin təşkilinə görə ETİHİ Xətai Rayon Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib və gələcəkdə də bu istiqamətdə tədbirlərin davam etdirilməsinin önəmini qeyd edib.


Daha sonra çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov narkomaniyanın fəsadları, gənclər arasında yaratdığı təhlükələr və bu vərdişə qarşı mübarizənin əhəmiyyəti barədə danışıb. O, həmçinin şagirdlərə sağlam həyat tərzi sürməyi, zərərli vərdişlərdən uzaq durmağı və təhsilə yönəlməyi tövsiyə edib.


Sehran Səfərov vurğulayıb ki, hər bir gənc öz gələcəyini qorumaq üçün iradəli və məsuliyyətli olmalı, düzgün dəyərləri seçməlidir. O, narkomaniyaya qarşı mübarizədə fərdin, ailənin, məktəbin, dövlətin və cəmiyyətin birgə dəstəyinin vacibliyini vurğulayıb.


Məktəbin psixoloqu Şəfəq Soltanova və tibb bacısı Samirə İbrahimova da tədbirdə çıxış edərək narkotik maddələrin fiziki və psixoloji sağlamlığa vurduğu zərərlər barədə məlumat veriblər. Onlar şagirdləri bu təhlükəli vərdişlərdən uzaq durmağa çağırıb, hər hansı çətinliklə qarşılaşdıqda valideynlərə və müəllimlərə müraciət etməyin vacibliyini bildiriblər.


Tədbir çərçivəsində narkomaniyaya qarşı hazırlanmış maarifləndirici videoçarx nümayiş etdirilib. Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.


Qeyd edək ki, tədbirdə 80 nəfərə yaxın yuxarı sinif şagirdi və gənc müəllim iştirak edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: