Xəbərlər
ETİHİ Yardımlı rayon komitəsi “27 sentyabr-Anım Günü” nün beşinci ildönümü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi yad edildi.

Yardımlıda “27 sentyabr - Anım Günü” nün beşinci ildönümü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi yad edilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü ölkəmizin hər yerində olduğu kimi, Yardımlı rayonunda da qeyd edilib.
Səhər saatlarından etibarən Yardımlı rayon Şəhidlər xiyabanına ziyarətlər edilib, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirələri qürurla yad edilib.
Anım tədbirində Yardımlı Rayon İcra Hakimiyyəti, rayonun idarə və orqanlarının, həmçinin ETİHİ Yardımlı Rayon Komitəsinin əhatə dairəsində fəaliyyət göstərən müəssisələrdə çalışan ittifaq üzvləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, rayonun fəal gəncləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qəhrəmanlarımızın xatirəsi daim qəlbimizdə yaşayacaq!







