“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yardımlı rayon komitəsi ETİHİ RK-nin təşəbbüsü Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik etdilər.

02/10/2025, 13:11
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Yardımlı Rayon Komitəsi tərəfindən silsilə tədbirlər keçirilir.

Bu münasibətlə 01 oktyabr 2025-ci il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi Əli Rzayevlə birlikdə rayonun Köryədi, Nisəqala, Anzov, Mamulğan, Perinbel və Astanlı kənd ümumtəhsil məktəblərində olduq. Ə.Rzayev həmin təhsil müəssisələrində müəllimlərə səmimi və xoş arzularını çatdıraraq müəllim-ittifaq üzvlərini təbrik etdi, onların gənc nəslin təlim-tərbiyyə sahəsində göstərdikləri fədakar əməyin yüksək qiymətləndirildiyi vurğulandı.

Ə.Rzayev həmin təhsil müəssisələrdə uzun müddət pedoqoji fəaliyyət göstərən müəllimlərə gül dəstələri, hədiyyələr və fəxri fərmanlar təqdim etdi.

Müəllimlər isə bu əlamətdar gün münasibətilə onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: