“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yardımlı rayon komitəsi tərəfindən 75 illik yubiley yaşını qeyd edən Əlhüseyn müəllimin ziyarətində olundu.

03/07/2025, 10:02
xeber1

Ziyalıya, müəllimə, el ağsaqqalına dəyər vermək xalqımızın ən mübarək adətlərindəndir. Nə yaxşı ki, bu qarışıq dünyamızda o adətləri yaşadanlar, hörmət bəsləməklə həm də hörmət qazananlar var və bundan sonra da olacaq. Elm vəTəhsil İşçiləri Həmkarlar İttifaqı Yardımlı rayon Komitəsinin sədri, əziz və dəyərli ziyalımız Azər Əkbərov kəndimizə gedərək 75 illik yubiley yaşını qeyd edən Əlhüseyn müəllimin ziyarətində olub, ömrünün yarım əsrini təhsilə həsr edən müəllimimizi Fəxri Fərmanla və qiymətli hədiyyələrlə təbrik edib. Həmçinin Azər müəllim və digər əziz insanlar Əlhüseyn müəllimin sevimli nəvələrindən biri məqamı ucalıqlarda olan Şəhid Əli Rzalının məzarını ziyarət ediblər. Allah hər birinizdən razı olsun, var olun.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: