“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Yasamal Rayon Komitəsində maarifləndirici tədbirlər

13/10/2025, 16:54
xeber1

Gənclər arasında narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, eləcə də sağlam həyat tərzinin təbliği məqsədilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 161, 176 və 18 nömrəli tam orta məktəblərdə bir sıra maarifləndirici tədbirlər təşkil olunub.


Tədbirlər ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli, komitənin aparıcı məsləhətçisi Leyla Həmzəyeva, ilk həmkarlar təşkilatlarının sədrləri və müəllimlərin iştirakı, eləcə də Yasamal Rayon İcra Hakimiyyəti yanında Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova və məktəblərin psixoloqlarının dəstəyi və 10–11-ci sinif şagirdlərinin iştirakı ilə həyata keçirilib.


Tədbirlər çərçivəsində şagirdlər narkotik vasitələrin insan sağlamlığına, ailə dəyərlərinə və cəmiyyətə vurduğu mənfi təsirlər barədə məlumatlandırılıb, gənclərin zərərli vərdişlərdən uzaq durmasının vacibliyi vurğulanıb. “Narkomaniyaya yox deyək!” şüarı altında müzakirələr aparılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: