Xəbərlər
ETİHİ Zaqatala rayon komitəsi son zəng günü münasibətiylə Ş.Qurbanov adına Şəhər 3 nömrəli tam orta məktəbin tədbirində iştirak etdi.

Tədbirdə ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov, Zaqatala rayon İcra Hakimiyyətinin müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə,məktəb kollektivi şəhid ailələri və qazilər iştirak etmişdir.Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.Tədbirdə çıxış etmiş Zaqatala rayon İcra Hakimiyyətinin müavini İlkin Şəfizadə, ETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov məzunları valideynləri təbrik etmiş onlara gələcək həyatlarında uğurlar arzulamışdılar.Tədbirin yekunundaETİHİ Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov məzun şəhid qızı Abbasova Nazlıya hədiyyə təqdim etmişdir.Bir daha bütün məzunlarımızı təbrik edir onlara uğurlar arzulayıriq.







