“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ-nin dəstəyi ilə məktəb direktorları xaricdə Avropa təcrübəsini öyrəniblər

05/08/2025, 10:45
xeber1

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Latviya və Litvada məktəb direktorları üçün beynəlxalq təcrübə proqramı həyata keçirilib. Proqramın əsas məqsədi idarəetmədə innovativ yanaşmaların öyrənilməsi, pedaqoji inkişafın təşviqi və məktəb rəhbərlərinin Avropa təcrübəsi ilə tanışlığı olub.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, ölkədə təhsilin inkişafı üzrə qəbul olunmuş dövlət strategiyasına uyğun olaraq bu təşəbbüsə təşkilati dəstək göstərib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi siyahıya əsasən proqramda 34 məktəb direktorundan 20 nəfəri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə iştirak edib.


Təhsil mühitində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və innovativ idarəetmə yanaşmalarının tətbiqi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əsas fəaliyyət istiqamətlərindəndir və bu kimi təşəbbüslərə dəstəyini gələcəkdə də davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: