Xəbərlər
Etik davranış qaydalarının təbliği

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində gənclərdə hüquqi şüurun artırılması, etik davranış qaydalarının təbliği, həmçinin korrupsiyaya qarşı mübarizə mühitinin gücləndirilməsi məqsədilə növbəti silsilə tədbir təşkil olunub.
Çıxışçılar ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən danışdılar. Bildirildi ki, müasir dövrdə dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın təmin olunması, elektron xidmətlərin tətbiqi istiqamətində mühüm addımlar atılır. Bu prosesdə təhsil müəssisələrinin, xüsusilə gənclərin rolu əvəzsizdir.
Tədbirdə çıxış edən digər natiqlər korrupsiyanın cəmiyyətə və iqtisadiyyata vurduğu zərərlərdən, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasında qanunvericiliyin rolundan ətraflı bəhs ediblər. Qeyd olundu ki, gənclərin dürüstlük, məsuliyyət və qanunvericiliyə hörmət ruhunda tərbiyə olunması gələcəkdə peşəkar fəaliyyətlərində dürüst prinsip və dəyərlərə sadiq qalmalarını təmin edəcək.
Görüş zamanı tələbələrə korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin əhəmiyyəti izah olunub, onları maraqlandıran suallar cavablandırılıb.






