Xəbərlər
“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan!” – Astarada IV Çay Festivalı keçirildi

16 mart 2026-cı il tarixində “5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə, Astara rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə “Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan!” adlı IV Çay Festivalı keçirilmişdir.
Festival çərçivəsində Astara rayonu üzrə Təhsil Sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin köməkliyi ilə “Astara çayı və Astara düyüləri” adlı sərgi təşkil olunmuşdur. Fasilə zamanı iştirakçılar üçün çay süfrəsi qurulmuşdur.
Tədbir daha sonra maraqlı konsert proqramı ilə davam etmişdir.
Festivalda Özbəkistan Respublikasının Daşkənd şəhərində yerləşən 19 nömrəli məktəbin rəhbərliyi və şagirdləri, həmçinin Lənkəran şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi və dərnək üzvləri də iştirak etmişlər.
Sonda iştirakçılar “Green Plant” MMC-nin çay fabrikinə və Çay Muzeyinə ekskursiya etmiş, tədbir xoş təəssüratlarla başa çatmışdır.















