“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETN Dendrologiya İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sosial-mədəni tədbir keçirilib

25/12/2025, 18:10
xeber1

25 dekabr 2025-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə AR ETN Dendrologiya İnstitutunda sosial-mədəni xarakterli tədbir təşkil olunub. Tədbir çərçivəsində institutun Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyevanın təşəbbüsü və təşkilatçılığı ilə 71 nəfər institut əməkdaşına Yeni il sovqatı təqdim edilib.

Dendrologiya İnstitutunun Həmkarlar Təşkilatının fəaliyyəti dövründə institut kollektivinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, onların mədəni-kütləvi tədbirlərdə fəal iştirakı təmin edilmişdir. Müxtəlif bayram və əlamətdar günlər münasibətilə kollektiv üçün bayram şənlikləri təşkil olunmuş, əməkdaşlara ərzaq payları və digər sosial dəstək formaları göstərilmişdir.

Tədbir zamanı institut əməkdaşları çıxış edərək Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyevanın fəaliyyəti haqqında geniş fikirlər səsləndiriblər. Çıxışlarda onun rəhbərliyi və təşkilatçılığı ilə həyata keçirilən sosial yönümlü tədbirlərin, əməkdaşlara göstərilən maddi və mənəvi yardımların, bayram günləri münasibətilə təşkil olunan tədbirlərin, eləcə də kollektiv üçün təşkil edilən ekskursiya və gəzintilərin institut əməkdaşlarının sosial rifahına, mənəvi-psixoloji durumuna və kollektiv daxilində həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verdiyi xüsusi vurğulanıb.

Qeyd olunub ki, Yeni il sovqatının verilməsi həm institut kollektivinin mənəvi-psixoloji durumunun yüksəldilməsinə xidmət edir, əməkdaşlar arasında birlik və qarşılıqlı hörmət mühitinin formalaşmasına müsbət təsir göstərir. Tədbir çərçivəsində şirniyyat süfrəsi açılıb, ərzaq paylarının verilməsi ilə bağlı əməkdaşlar arasında səmimi müzakirələr aparılıb.

Sonda institut əməkdaşları Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyevaya göstərdiyi diqqət və qayğıya, kollektivin sosial-mədəni həyatının zənginləşdirilməsi istiqamətində gördüyü işlərə görə minnətdarlıqlarını ifadə ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: