“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri Qarabağda səfərdə olublar

14/10/2025, 16:47
xeber1

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə — Qarabağ bölgəsinə elmi-praktiki, ictimai-mədəni səfər təşkil edilib.

Səfər çərçivəsində iştirakçılar Ağdam, Əsgəran, Xocalı, Xankəndi, Şuşa və Laçın istiqamətlərində hərəkət edərək bölgənin təbii-landşaft şəraiti ilə yaxından tanış olublar. Onlar Cıdır düzü, Şuşa qalasını, İsa bulağını və bir çox görməli yerləri ziyarət ediblər.

Səfər zamanı Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində də olub.

İnstitutun 80 illik yubileyi münasibətilə elmin təbliği və maarifləndirilməsi məqsədilə İnstitut tərəfindən Qarabağ Universitetinin kitabxanasına bir sıra elmi nəşrlər və metodik ədəbiyyatlar hədiyyə edilib. İnstitutun görkəmli alimləri — M.Ə. Salayev, R. Məmmədov, M. Abduyev, Q.Ş. Məmmədov, Ə. Quliyev, A. İsmayılov, M. Mustafayev, V. Həsənov, M. Məmmədov və digərlərinin elmi əsərləri universitet fonduna təqdim olunub.

 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: