Xəbərlər
“Ey hörmətli müəllim” layihəsi çərçivəsində kənd məktəbləində ittifaq üzvləri ilə görüş keçirilib

“Ey hörmətli müəllim” layihəsi çərçivəsində Neftçala rayonu Rəfael Əliyev adına Yuxarı Qaramanlı kənd tam orta ümumtəhsil məktəbində ittifaq üzvləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və müraciətlərini dinləmək, iş şəraiti ilə tanış olmaq, həmçinin sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olmuşdur.
Eyni zamanda, məktəbin əməkdaşı Pənahəliyeva Əzizə Vilayət qızının 65 illik yubileyi də qeyd olunub. Yubiley tədbirində Əzizə xanıma uzunmüddətli fəaliyyətinə görə gül dəstələri, təşəkkürnamə və mükafat təqdim olunub. Tədbir zamanı çıxış edənlər zəhmətkeş və nümunəvi davranışı ilə hər zaman kollektivin dəyərli üzvü olan yubilyara xoş sözlər ünvanlayıblar.
Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi fikir və təkliflər diqqətlə dinlənilib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.









