Xəbərlər
“Ey hörmətli müəllim” layihəsi çərçivəsində Neftçalada ittifaq üzvləri ilə görüş keçirilib

ETİHİ Neftçala rayon Komitəsinin “Ey hörmətli müəllim” layihəsi çərçivəsində Neftçala şəhər Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində yenidən həmkarlar ittifaqı üzvləri ilə görüşü keçirilib.
Görüş zamanı müəllimlərin sosial rifahının yaxşılaşdırılması, əmək hüquqlarının qorunması və iş mühitinin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Tədbir çərçivəsində həmkarlar ittifaqının fəaliyyəti, həyata keçirilən layihələr və üzvlər üçün nəzərdə tutulan sosial dəstək mexanizmləri haqqında ətraflı məlumat verilib. Problemlər dinlənilmiş, müəllimləri maraqlandıran suallar cavablandırılmış və onların təkliflərinin gələcək fəaliyyət planlarında nəzərə alınacağı qeyd olunub.






