“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Ey hörmətli müəllim” layihəsi çərçivəsində Neftçalada kənd məktəbində həmkarlar ittifaqı üzvləri ilə görüşü keçirilib

14/04/2026, 10:20
xeber1

ETİHİ Neftçala rayon Komitəsinin “Ey hörmətli müəllim” layihəsi çərçivəsində Neftçala rayonu Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta ümumtəhsil məktəbində həmkarlar ittifaqı üzvləri ilə görüşü keçirilib.

Görüş zamanı müəllimlərin sosial rifahının yaxşılaşdırılması, əmək hüquqlarının qorunması və iş mühitinin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Tədbir çərçivəsində həmkarlar ittifaqının fəaliyyəti, həyata keçirilən layihələr və üzvlər üçün nəzərdə tutulan sosial dəstək mexanizmləri haqqında ətraflı məlumat verilib. Müəllimləri maraqlandıran suallar cavablandırılmış, onların təkliflərinin gələcək fəaliyyət planlarında nəzərə alınacağı qeyd olunub.

Görüş səmimi və qarşılıqlı anlaşma şəraitində keçmiş, müəllimlərlə birbaşa ünsiyyətin əhəmiyyəti xüsusi vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: