Xəbərlər
Eynalılı kənd körpələr evi–uşaq bağçasının kollektivi ilə görüş keçirildi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Eynalılı kənd körpələr evi–uşaq bağçasının kollektivi ilə görüş keçirildi. Görüş zamanı kollektivlə səmimi fikir mübadiləsi aparıldı, onları maraqlandıran məsələlər dinlənildi və əməkdaşların sualları ətraflı şəkildə cavablandırıldı. Eyni zamanda bağçanın direktoru Aygün xanımın 65 illik yubileyi münasibətilə müəlliməni səmimi qəlbdən təbrik etdik, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzuladıq. Qeyd olundu ki, Aygün xanım uzun illər təhsil sahəsində göstərdiyi nümunəvi fəaliyyəti, zəhməti və fədakarlığı ilə kollektivin hörmət və rəğbətini qazanmışdır.
Görüş çərçivəsində həmçinin həmkarlar ittifaqının fəaliyyəti, üzvlər üçün yaradılan imkanlar, sanatoriya və kurort-istirahət mərkəzlərinə göndərişlər, sosial dəstək tədbirləri barədə geniş məlumat verildi. Kollektiv tərəfindən səsləndirilən təklif və problemlər diqqətlə dinlənilərək aidiyyəti üzrə qeydə alındı.
Sonda kollektiv göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirdi, belə görüşlərin əməkdaşlar arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyi vurğulandı.



