“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Fatmayı 8 saylı uşaq bağçasının kollektivi Masallıda

07/07/2026, 12:15
xeber1

Fatmayı kənd 8 saylı körpələr evi-uşaq bağçası kollektivi üçün Masallı rayonuna ekskursiya təşkil olunub.


Səfər iştirakçılar üçün həm istirahət, həm də yeni bölgə ilə yaxından tanış olmaq baxımından maraqlı keçib. Kollektiv üzvləri Masallının zəngin təbiəti, yaşıllıqlarla əhatə olunmuş guşələri və səfalı mühiti ilə tanış olaraq xoş və yaddaqalan anlar yaşayıblar.


Ekskursiya əməkdaşlar arasında qarşılıqlı ünsiyyəti və həmrəyliyi daha da gücləndirib, kollektiv ruhunun möhkəmlənməsinə töhfə verib. İştirakçılar onlar üçün yaradılmış bu gözəl şəraitə və təşkil olunan səfərə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür sosial layihələrin davamlı keçirilməsini arzuladıqlarını qeyd ediblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: