Xəbərlər
FƏAL HƏMKARLAR TƏŞKİLATININ SƏDRİ

Ağcabədi şəhər Mirzə Fətəli Axundov adına 3 nömrəli məktəb-liseyin Həmkarlar Təşkilatının sədri Vüsalə Quliyeva uzun illər ərzində qazandığı zəngin təcrübə və təşkilatçılıq bacarığı ilə həmkarlar ittifaqı fəaliyyətində fəallığı ilə seçilir.
Vüsalə Quliyeva məktəb-liseyin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin keçirdiyi tədbirlərdə daim fəal iştirak edir, kollektivin sosial rifahının, həmrəyliyinin və qarşılıqlı əməkdaşlığının möhkəmləndirilməsinə mühüm töhfələr verir.
Vüsalə Quliyevanın fəaliyyətinin əsas istiqamətləri müəllimlərin sosial və əmək hüquqlarının müdafiəsinə dəstək göstərmək
üzvlərin istirahətinin səmərəli təşkili və sanatoriya-kurort imkanlarından yararlanmasına köməklik göstərmək həmkarlar ittifaqı üzvlərinin müraciət və problemlərinə həssaslıqla yanaşaraq onların həllinə dəstək olmaqdır
Vüsalə Quliyevanın zəngin təcrübəsi, məsuliyyətli yanaşması və fəal mövqeyi həmkarlar ittifaqı fəaliyyətinin səmərəli təşkilinə mühüm töhfə verir.











