Xəbərlər
Fəal ittifaq üzvlərindən ibarət heyət bu dəfə İsmayıllıda dincəldi
12/11/2025, 12:17

Noyabr ayında ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə D.Nəbiyev adına 178 nömrəli tam orta məktəbin 20 nəfərdən ibarət ittifaq üzvü İsmayıllı rayonunda yerləşən “Qaya” istirahət mərkəzinə birgünlük gəzintiyə yollandı.
Səfər müddətində iştirakçılar təbiətin gözəlliyindən zövq aldılar, birlikdə istirahət edib rəngarəng vaxt keçirdilər.






