“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Fəal ittifaq üzvlərinə Qəbələ istiqamətində tur təşkil olunmuşdur

04/06/2026, 14:15
xeber1

ETİHİ Nərimanov Rayon Komitəsi tərəfindən ilk təşkilatlarımızdan biri olan Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin 106 nəfərdən ibarət kollektivi üçün Qəbələ istiqamətində tur təşkil olunmuşdur.

Azərbaycanın füsunkar guşələrindən biri olan Qəbələyə təşkil edilən bu səfər iştirakçılar üçün həm mənalı istirahət, həm də xoş təəssüratlarla zəngin bir gün olmuşdur. Təbiətin gözəllikləri, tarixi məkanlar və səmimi kollektiv mühiti iştirakçıların yüksək əhval-ruhiyyə ilə vaxt keçirməsinə şərait yaratmışdır.

Həmkarlar ittifaqının əsas məqsədlərindən biri də üzvlərin sosial rifahına, asudə vaxtlarının səmərəli təşkilinə və kollektiv həmrəyliyin gücləndirilməsinə töhfə verməkdir. Bu baxımdan həyata keçirilən belə tədbirlər həmkarlarımız arasında qarşılıqlı ünsiyyətin və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

İştirakçılara xoş istirahət arzulayır, kollektivimizin hər bir üzvünə yeni uğurlar və xoş xatirələrlə dolu günlər diləyirik!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: