Xəbərlər
Fəallığı və peşəkarlığı ilə seçilən daha bir müəllim təltif olundu

Göyçay rayonu Elnur Seyidov adına Ulaşlı Şıxlı kənd tam orta ümumtəhsil məktəbində coğrafiya fənnini tədris edən Məhərrəmova Nurlanə Hacağa qızı pedaqoji fəaliyyətində göstərdiyi fəallıq, məsuliyyət və peşəkarlığa görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova tərəfindən Fəxri Fərmanla təltif edilib.
Qeyd edək ki, bu təltif Nurlanə müəllimə üçün gözlənilməz olub. Təltifetmə dərs zamanı həyata keçirilib və müəllimə bundan əvvəl heç bir məlumatlı olmayıb. Gözlənilməz sürpriz Nurlanə müəlliməni olduqca sevindirib, sinifdə xoş və unudulmaz anlar yaşanıb.
Bu xoş təşəbbüs müəllim əməyinə verilən dəyərin, pedaqoqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Nurlanə müəllimə şagirdlərə coğrafiya fənnini sevdirən, onların dünyagörüşünün formalaşmasına töhfə verən, daim yeniliyə açıq və fəal müəllim kimi tanınır.
Bu münasibətlə Nurlanə müəlliməni bir daha səmimi-qəlbdən təbrik edir, ona pedaqoji fəaliyyətində möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayırıq.





