Xəbərlər
Fədakar əməyə layiqli dəyər verildi

Göyçay rayonu Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta ümumtəhsil məktəbində müəllim Cavadova Zinyət Novruz qızı və texniki işçi Piriyeva Rəna Ənvər qızının 65 illik yubileyləri münasibətilə tədbir keçirilib.
Tədbirdə ETİHİ Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova yubilyarları səmimi qəlbdən təbrik edərək, onların uzun illər ərzində təhsil müəssisəsində məsuliyyətli və vicdanlı fəaliyyəti ilə məktəbin inkişafına verdikləri töhfələri yüksək qiymətləndirib.
Bildirilib ki, təhsil ocaqlarında əldə olunan uğurların təməlində həm müəllimlərin, həm də texniki işçilərin fədakar əməyi dayanır. Bu baxımdan, hər iki yubilyarın uzunmüddətli və nümunəvi fəaliyyəti böyük ehtiramla dəyərləndirilib.
Yubiley münasibətilə Cavadova Zinyət Novruz qızı və Piriyeva Rəna Ənvər qızına ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən mükafatlar və təşəkkürnamələr təqdim olunub.
ETİHİ Göyçay Rayon Komitəsi adından yubilyarlar 65 illik ömür yolu münasibətilə ürəkdən təbrik edilir, onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavan həyat arzulanır.




