Xəbərlər
Fədakar müəllimin ömür yolu

Göyçay rayon Vahid Əsədov adına Hacalıkənd kənd tam orta ümumtəhsil məktəbinin dəyərli müəllimi Quliyeva Esmira Niyazi qızının 65 illik yubileyi münasibətilə təntənəli tədbir təşkil olunub.
Tədbirdə ETİHİ Göyçay rayon komitəsinin sədri Səmədova Kəmalə də iştirak edərək yubilyarı səmimi qəlbdən təbrik edib, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi xidmətlərdən, yetişdirdiyi şagirdlərdən və qazandığı hörmətdən bəhs edib.
Çıxış edənlər qeyd ediblər ki, Esmira müəllimə yalnız bir pedaqoq deyil, eyni zamanda gənc nəslin formalaşmasında böyük rol oynayan nümunəvi bir ziyalıdır. Onun müəllimlik fəaliyyətindəki zəhməti, tələbkarlığı və şagirdlərinə olan qayğısı hər zaman yüksək qiymətləndirilib.
Məktəbin kollektivi də yubilyarı ürək sözləri ilə təbrik edib, onunla bağlı xoş xatirələrini bölüşərək gələcək həyatında möhkəm can sağlığı, uzun ömür və yeni uğurlar arzulayıblar.
Tədbir xoş və səmimi atmosferdə keçib, xatirə şəkilləri çəkilib və yubilyara hədiyyələr təqdim olunub.
Esmira müəlliməyə bundan sonrakı həyatında sağlam, xoşbəxt və uğurlu illər arzulayırıq!






