Xəbərlər
Fədakar müəllimlərimiz təltif olundu

Elm və zəhmətin qələbəsi – Fədakar müəllimlərimiz təltif olundu!
13 iyun 2025-ci il tarixində Göyçay şəhər Mehman Muradov adına 4 saylı tam orta məktəbində nümunəvi fəaliyyətləri və şagird uğurları ilə seçilən bir qrup fədakar müəllimin təltif mərasimi keçirildi.
Tədbir çərçivəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova tərəfindən müəllimlərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu. Bu mükafatlar müəllim əməyinə verilən yüksək dəyərin və diqqətin bariz nümunəsidir.
Təltif olunan müəllimlər:
🔹 Hacıyeva Könül Bəhlul qızı – Fizika və təbiət fənləri üzrə hazırladığı 3 şagird Respublika Fənn Müsabiqəsinin yarımfinal mərhələsinə vəsiqə qazanıb.
🔹 Abdullayeva Nigar Elabad qızı – Kimya fənni üzrə 3 şagirdin uğuru ilə yarımfinal mərhələsinə vəsiqə qazandırıb.
🔹 İsmayılova Gülpəri Boris qızı – İnformatika və Riyaziyyat sahəsində yüksək nəticələrə görə respublika səviyyəli olimpiadalara şagirdlər yetişdirib.
🔹 Beydullayeva Təranə Oqtay qızı – Şagirdi beynəlxalq Riyaziyyat Olimpiadasının final mərhələsinə və RTU-nin yarışlarına vəsiqə qazanıb.
🔹 İbrahimova Şəfa Ələddin qızı – Biologiya fənni üzrə RFO və RFM müsabiqələrinin yarımfinal və final mərhələlərinə 7 şagird çıxarıb, şagirdlərdən biri 76 bal toplayıb.
Tədbirdə çıxış edən Kəmalə Səmədova bildirdi:
“Elm sahəsində uğur qazanmaq, ilk növbədə zəhmətsevər və peşəkar müəllimlərin əməyinin nəticəsidir. Bu müəllimlər öz sədaqətləri ilə həm məktəblərinə, həm də rayon təhsilinə dəyər qatırlar. Onlara təşəkkürümüz sonsuzdur.”
Bu cür təşəbbüslər müəllimlərin ruhlandırılması, gənc nəslin keyfiyyətli təhsili və rayonun ümumi inkişafına töhfə vermək baxımından xüsusi əhəmiyyət daşıyır.
Məktəbin direktoru Elşad Əliyev də çıxış edərək tədbirin əhəmiyyətindən danışdı:
“Müəllimlərimizin hər bir uğuru məktəbimizin və rayonumuzun qürurudur. Bu nailiyyətlər təsadüfi deyil – arxasında illərin zəhməti, fədakarlığı və bilik sevgisi dayanır. Biz müəllimlərimizin elmi nəticələrlə önə çıxmasını hər zaman dəstəkləyirik və onların yanında olduğumuzu nümayiş etdirməkdən məmnunuq.





