“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Fədakar pedaqoq Suma Osmanovanın yubileyi qeyd olundu

06/05/2026, 09:19
xeber1

Şamaxı rayon Sabir qəsəbə körpələr evi-uşaq bağçasının uzun illər səmərəli fəaliyyət göstərən, öz peşəsinə böyük sevgi və məsuliyyətlə yanaşan tərbiyəçisi Osmanova Suma Əlisəfa qızını 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik.

Suma xanımın uşaqların tərbiyəsində göstərdiyi əvəzsiz xidmətlər, zəhməti və qayğıkeş münasibəti hər zaman yüksək qiymətləndirilmişdir. Onun pedaqoji fəaliyyəti gənc nəslin formalaşmasında mühüm rol oynamışdır.

Bu əlamətdar gün münasibətilə ETİHİ Şamaxı Rayon Komitəsinin sədri Fuad Nəsirov tərəfindən Suma xanıma Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunmuşdur.

Suma xanıma möhkəm can sağlığı, uzun ömür, işlərində daim uğurlar arzulayırıq.

Sosial şəbəkələrdə paylaş: