Xəbərlər
Fərqlənən müəllimlər rəğbətləndirildi

Göyçay Peşə Liseyi PHŞ təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsində, gənc kadrların formalaşmasında və peşə təhsilinin inkişafında xüsusi xidmətləri olan bir qrup müəllim ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən rəğbətləndirildi.
Gündəlik fəaliyyətində məsuliyyət, təşəbbüskarlıq və yüksək peşəkarlıq nümayiş etdirən müəllimlərin əməyinə verilən bu qiymət, eyni zamanda digər pedaqoqlar üçün də motivasiya mənbəyidir. Təhsilin təməlində dayanan müəllim əməyinin dəyərləndirilməsi gələcək uğurların əsas şərtidir.
Rəğbətləndirilən müəllimləri səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, tükənməz enerji və peşə fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız davamlı, zəhmətiniz hər zaman yüksək qiymətləndirilsin!






