“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Fətəliyeva Mətanət Tofiq qızının 65 illik yubiley tədbiri keçirildi

17/09/2026, 22:49
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsunin üzv təşkilatı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində uzun müddət kitabxanaçısı vəzifəsində işləyən cn tamam olması münasibətilə tədbir keçirildi.Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər. Ömrünün çox hissəsini məktəb kitabxanasında keçirən, şagirdlərin və müəllimlərin elmi biliklərinin artırılmasına, bədii mütaliəsinin zənginləşdirilməsinə çalışan, dərsliklərin vaxtında və lazımı qaydada məktəblilərə çatdırılmasında xüsusi xidməti olmuş Mətanət xanım haqqında qonaqlar və iş yoldaşları çıxış edərək xoş xatirələrini və təbriklərini çatdırdılar.  Onun işinə məsuliyyəti və səmimiyəti şagirdlərin və kollektiv üzvləri arasında dərin hörmət qazandığı xüsusi vurğulandı. Mətanət Fətəliyeva uzun müddət təhsil sahəsində səmərəli fəailiyyətinə və yubiley yaşının tamam olması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırılsı. 

 Rayonun təhsil ictimaiyyəti adından Mətanət xanımı yubiley yaşının tamam olması münasibətilə təbrik edir, sağlam ömür və xoş istirahət arzulayırıq.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: