“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Fevralın 10-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sumqayıt Dövlət Universitetində (SDU) əməkdaşlararası dama üzrə idman yarışı baş tutub

11/02/2026, 13:42
xeber1

Sumqayıt Dövlət Universitetində (SDU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun təşkilatçılığı ilə universitet və Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşları arasında idman yarışları davam edir.

Fevralın 10-da keçirilən dama turnirində 8 komanda iştirak edərək bacarıqlarını nümayiş etdirib. Yarışlar iki yarımqrupa bölünərək komanda formatında təşkil olunub və iştirakçılar qalibiyyət uğrunda mübarizə aparıblar.

Turnirin nəticələrinə görə I yeri Mühəndislik fakültəsi, II yeri Filologiya fakültəsi, III yeri isə Tarix və coğrafiya fakültəsi tutub.

Qeyd edək ki, fevralın 11, 12 və 13-də voleybol üzrə yarışlar davam edəcək və turnirin sonunda qaliblər mükafatlandırılacaq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: