“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Fidan balalarımızı vətənpərvər yetişdirən müəllimlərlə görüş.

16/02/2026, 22:06
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Aşağı Göycəli, Qarahəsənli kənd körpələr evi–uşaq bağçasında kollektivlə səmimi görüş keçirildi. Görüş zamanı bağçanın fəaliyyəti, kollektivin gündəlik iş prosesi, eləcə də üzvlərin təklif və fikirləri diqqətlə dinlənildi.

Kollektiv belə görüşlərin təşkil olunmasını yüksək qiymətləndirərək bunun üzvlər arasında böyük motivasiya yaratdığını xüsusi vurğuladı. Qeyd olundu ki, mütəmadi keçirilən görüşlər, yerində maraqlanma və göstərilən diqqət hər bir əməkdaş üçün mənəvi dəstəkdir və onların işinə daha böyük həvəslə yanaşmasına səbəb olur. Bağça kollektivi təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dərin təşəkkür və minnətdarlıqlarını ifadə edərək, həmkarlar ittifaqının fəaliyyətində davamlı uğurlar arzuladı. Bildirildi ki, bu cür diqqət və səmimi münasibət təhsil işçilərinə verilən dəyərin bariz göstəricisidir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: