“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Fikir mübadiləsi və gözləntilər

01/02/2026, 21:05
xeber1

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə rəhbərlik etdiyi təhsil müəssisələrində təlimlərin keyfiyyətinin yüksəldilməsi,qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə müxtəlif mərkəzlərdə metodiki seminarlar təşkil olunub.


29–30 yanvar tarixlərində davam edən seminarlar çərçivəsində ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva tərbiyəçi-müəllimlər və müəssisə rəhbərləri ilə keçirilən görüşlərdə iştirak edib. O, toplantılarda əsasən müəssisə rəhbərlərinə həmkarlar ittifaqının ilk təşkilat sədrləri ilə aparılan işlər, görülən fəaliyyətlər və gələcək birgə layihələr barədə geniş məlumat verib, fikir mübadiləsi aparıb.


Qeyd edək ki, 29-30 yanvar tarixlərində idarənin tabeliyində olan təhsil müəssisələrindən 5000-dən artıq təhsil işçisinin qatıldığı metodiki seminarların əsas məqsədi, 2025-2026-cı tədris ilinin I yarımili üzrə qiymətləndirmə nəticələrinin təhlili, hesabatlılıq və məsuliyyət bölgüsünün gücləndirilməsi, təhsil müəssisələrində inkişaf prosesinin monitorinqi, eləcə də yerlərdən daxil olan təkliflərin dinlənilməsi və müzakirəsindən ibarət olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: