Xəbərlər
Filologiya fakültəsində iclas: seçki, müzakirələr və maarifləndirici görüş.

Filologiya fakültəsində Universitet Elmi Şurasına nümayəndələrin seçkisi, əmək münasibətlərinin müzakirəsi və maarifləndirilməsi ilə bağlı görüş keçirildi. İclasın əsas məqamlarından biri fakültə üzrə Universitet Elmi Şurasına nümayəndələrin seçkisi prosesi idi. Şəffaflıq və ədalət prinsiplərinə əsaslanan səsvermə prosesi HİK-nin nəzarəti altında həyata keçirilmişdir. Səsvermə başa çatdıqdan sonra nəticələr elan olundu və kollektivə təqdim edildi.
Filologiya fakültəsində əməkdaşlarla keçirilən görüş çərçivəsində həm əmək münasibətlərinə dair aktual məsələlərə toxunulmuş, həm də qanunveicilikdəki son yeniliklər barədə ətraflı məlumat verilmişdir. Açıq dialoq şəraitində keçən görüşdə əməkdaşların sualları cavablandırıldı, müzakirələr interaktiv formada aparıldı, fikir mübadiləsi aparıldı. Dilin və düşüncənin formalaşdığı bir mühitdə belə müzakirələr həm maarifləndirmə, həm də qarşılıqlı anlaşmanın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Filologiya fakültəsində bu gün keçirilən görüş əməkdaşlar üçün həm məlumatlandırıcı, həm də əhəmiyyətli qərarlarla yadda qaldı.






