“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Filologiya fakültəsinin əməkdaşları İsmayıllıda

08/06/2026, 11:19
xeber1

Filologiya fakültəsinin əməkdaşları üçün asudə vaxtın səmərəli təşkili məqsədilə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə İsmayıllı rayonuna ekskursiya təşkil olundu.

   Ekskursiya iştirakçıları rayonun füsunkar təbiəti və görməli məkanları ilə tanış olub, Asma Körpü, Runway House, Lahıc qəsəbəsi və Qız Qalası istirahət mərkəzini ziyarət ediblər.

   Səfər əməkdaşların istirahətinin səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub, iştirakçılarda xoş təəssüratlar yaradıb.

   Həmkarlar İttifaqı Komitəsi gələcəkdə də əməkdaşların sosial rifahının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində fəaliyyətini davam etdirəcək.


Sosial şəbəkələrdə paylaş: