Xəbərlər
Filologiya fakültəsinin əməkdaşları üçün Lənkərana yaddaqalan tur təşkil olunub

Əməkdaşlar arasında sosial əlaqələrin möhkəmləndirilməsi, kollektiv həmrəyliyin və xoş ünsiyyət mühitinin təşviqi məqsədilə Filologiya fakültəsinin əməkdaşları üçün Lənkəran şəhərinə tur təşkil olunub. Gəzinti müddətində iştirakçılar Lənkəranın füsunkar təbiəti, zəngin mədəniyyəti və gözəl mənzərələri ilə tanış olmaq, gündəlik iş mühitindən kənarda xoş və yaddaqalan anlar yaşamaq imkanı əldə ediblər. Tur çərçivəsində nəqliyyat və nahar xərcləri Həmkarlar İttifaqı Komitəsi tərəfindən qarşılanıb.
Həmkarlar İttifaqı Komitəsi əməkdaşların asudə vaxtının səmərəli təşkili, kollektiv birliyin gücləndirilməsi və sosial rifahının dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirir.




