Xəbərlər
Final mərhələsinin qalibləri mükafatlandırılıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında keçirilən “Zəfər” elm müsabiqəsinin final mərhələsi başa çatıb və qaliblər müəyyən edilib.
Qəbələ Rayonu Təhsil sektoru üzrə 4 nəfər şagirdimiz müsabiqənin müəyyən edilmiş yerləri üzrə qalibləri olub.
1. Alyarov Yusif Mahir oğlu-Riyaziyyat fənni üzrə I yerin qalibi, Vahid Qəhramanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi
2. Süleymanov Hüseyn Şaiq oğlu-Riyaziyyat fənni üzrə II yerin qalibi, Vahid Qəhramanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi
3. Qəribli Nihan Bəxtiyar qızı- Azərbaycan dili fənni üzrə II yerin qalibi, Müşfiq Murtuzov adına Tüntül kənd tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi
4. Rəhimli Aylin Vüqar qızı-Azərbaycan dili fənni üzrə III yerin qalibi, Vahid Qəhramanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi
Müsabiqənin qalibləri Qəbələ Rayon Təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfəri əbədiləşdirmək, eyni zamanda, yaradıcı təfəkkürü ilə fərqlənən istedadlı şagirdləri üzə çıxarmaq olub.













