“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Final mərhələsinin qalibləri mükafatlandırılıb.

26/01/2026, 23:42
xeber1

2024-2025-ci tədris ili üzrə Respbulika Fənn Müsabiqəsi və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası qaliblərinin mükafatlandırılması keçirildi.

Qəbələ Rayonu Təhsil sektoru üzrə 4 nəfər şagirdimiz müsabiqənin müəyyən edilmiş yerləri üzrə qalibləri olub.

1. Zəhra Zülfüqarlı Nurəli qızı-İnformatika fənni üzrə II yerin qalibi, Vəndam qəsəbəsi Elnur Bəşirov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin VII sinif şagirdi. Fənn müəllimi Osmanova Bahar Ağamurad qızı

2. İfadə Əlizadə Mustafa qızı-biologiya fənni üzrə III yerin qalibi, Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin VIII sinif şagirdi. Fənn müəllimi Cəfərova Lalə Dursunəli qızı

3. Aliyə Abdullayeva Ruslan qızı- Təbiət fənni üzrə III yerin qalibi, Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin VII sinif şagirdi. Fənn müəllimi Cəfərova Lalə Dursunəli qızı

4. Cəmil Yusibli Səfa oğlu- İnformatika fənni üzrə III yerin qalibi, Həmzəli kənd tam orta ümumtəhsil məktəbin VII sinif şagirdi. Fənn müəllimi Rəşidova Aygün Bəhram qızı

Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: