Xəbərlər
Fizika fakültəsinin əməkdaşları üçün İsmayıllıya ekskursiya təşkil olunub
25/06/2026, 12:18

Əməkdaşların asudə vaxtının səmərəli təşkili, kollektiv daxilində ünsiyyət və həmrəyliyin daha da möhkəmləndirilməsi məqsədilə Fizika fakültəsinin əməkdaşları üçün İsmayıllı rayonuna ekskursiya təşkil edilmişdir.
Səfər iştirakçıları rayonun füsunkar təbiəti, tarixi və turistik məkanları ilə yaxından tanış olmuş, maraqlı və yaddaqalan anlar yaşamışlar. Ekskursiya əməkdaşların istirahətinin təşkili ilə yanaşı, kollektiv ruhunun gücləndirilməsinə və xoş ünsiyyət mühitinin formalaşmasına da töhfə vermişdir.
Qeyd edək ki, səfərin nəqliyyat dəstəyi HİK tərəfindən təmin edilmişdir.





