“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

FOTOMÜSABİQƏ – “Məktəbin bir günü”

21/10/2026, 17:58
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsi tərəfindən “Məktəbin bir günü” adlı fotomüsabiqə elan edildi.

Müsabiqədə rayonun ümumtəhsil müəssisələrinin həmkarlar ittifaqı təşkilatlarının sədrləri fəallıqla iştirak etdilər. İştirakçılar məktəbin gündəlik həyatını, tədris prosesini, müəllim və şagirdlərin fəaliyyətini əks etdirən maraqlı, təbii və keyfiyyətli fotolar təqdim etdilər.

Müsabiqənin məqsədi məktəb həyatının rəngarəngliyini, təhsil işçilərinin gündəlik fəaliyyətini, kollektivlərin həmrəyliyini və məktəblərdə yaradılan sağlam mühiti fotoşəkillər vasitəsilə ictimaiyyətə çatdırmaqdan ibarət idi.

Təqdim olunan fotolar və müsabiqə iştirakçılarının fəallığı nəzərə alınaraq üç qalib müəyyən edildi.

MÜSABİQƏNİN QALİBLƏRİ

I yer – Ağcabədi rayon M. Həsənov adına Rəncbərlər kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar ittifaqı təşkilatının sədri Şükürova Aygün Natiq qızı.

II yer – Ağcabədi rayon Vaqif Cəfərov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar ittifaqı təşkilatının sədri Vəliyeva Sahibə Aydın qızı.

III yer – Ağcabədi rayon Akif Sultanov adına Kürdlər kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar ittifaqı təşkilatının sədri Həmidova Humay Fəryaz qızı.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsi adından müsabiqədə iştirak edən bütün həmkarlar ittifaqı təşkilatlarının sədrlərinə fəallıqlarına və təşəbbüskarlıqlarına görə təşəkkür edir, qalibləri isə səmimi-qəlbdən təbrik edirik!

Hər birinizə gələcək fəaliyyətinizdə yeni uğurlar, arzulayırıq

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: