Xəbərlər
“Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirici tədbir

10 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci PHŞ-də “Fövqəladə hallarla bağlı davranış qaydaları“ mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd fövqəladə halların baş verməsi zamanı düzgün davranış qaydalarının təbliği ,tələbə və əməkdaşların təhlükəsizlik sahəsində bilik və bacarıqların artırılması olmuşdur. Çıxış edənlər fövqəladə halların növləri ,baş vermə səbəbləri, belə hallarda operativ və düzgün davranışın əhəmiyyəti barədə ətraflı məlumat vermiş, həmçinin yanğın təhlükəsizliyi qaydaları izah edilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun müdiri Emin Ramazanov baş məsləhətçilər: Elçin Məmmədov və Kamilla Qədimova ,həmçinin FHN-nin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru ,daxili xidmət leytenantı Müşfiq İsmayılov iştirak etmişlər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış ,mövzu ilə bağlı tövsiyələr verilmişdir.







