Xəbərlər
İftar süfrəsi
12 mart 2026-cı il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqı Sabunçu Rayon Komitəsinin 72 nəfər (15 kişi-57 qadın) ittifaq üzvünə Müqəddəs Ramazan ayı münqasibətilə iftar süfrəsi təşkil olundu.İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Bu müqəddəs ay cəmiyyətimizdə həmrəylik, xeyirxahlıq və qarşılıqlı hörmət kimi ali dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir. İftar süfrəsi arxasında toplaşmaq həm mənəvi saflaşmanın, həm də milli birlik və vəhdətin bariz nümunəsidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil dövlətçilik, milli inkişaf və güclü Azərbaycan strategiyası ölkəmizin tərəqqisinin əsasını təşkil edir. Bu strateji kurs suverenlik, iqtisadi müstəqillik, ordu quruculuğu və beynəlxalq nüfuzun artırılmasını əhatə edir. Ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlər xalqımızın əzmkarlığının və dövlət rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir. Dövlətimizin güclənməsi və möhkəmlənməsi milli həmrəyliyimizin daha da artmasına səbəb olmuşdur. Qazanılan bütün uğurların əsasında isə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi dayanır. Şəhidlərimizin, eləcə də qazilərimizin göstərdiyi misilsiz qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayır və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi kimi qalır. Bu gün dövlət tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı sosial siyasətin ən mühüm istiqamətlərindən biridir. Onların rifahının yüksəldilməsi, problemlərinin həlli və layiqli həyat şəraitinin təmin olunması daim dövlətin diqqət mərkəzində saxlanılır. Bu qayğı həm də xalqımızın öz qəhrəmanlarına olan dərin hörmətinin ifadəsidir. İnanırıq ki, birlik və həmrəylik içində addımlayan xalqımız bundan sonra da yeni uğurlara imza atacaq.
Tədbirin sonunda ittifaq üzvləri AHİK rəhbərliyinə,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə və Sabunçu rayon Komitəsinə göstərilən bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Qoy bu mübarək Ramazan ayı ölkəmizə daha çox bərəkət, xalqımıza isə sülh, rifah və firavanlıq gətirsin.







