Xəbərlər
İftar süfrəsi təşkil olunmuşdur

19 mart 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olunmuşdur.
İftar süfəsində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ETİHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, şəhid ailələri, müharibə iştirakçıları və ittifaq üzvləri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. ETİHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov giriş sözü ilə çıxış edərək Ramazan ayının rəhm və birlik ayı olduğunu qeyd etmiş, bu cür tədbirlərin həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini bildirmişdir.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, şəhid atası Arif Məmmədov və Emin Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü liseyin direktoru Qəmzə Süleymanova çıxış edərək tədbir barədə səmimi fikirlərini bölüşmüş, qarşıdan gələn bayramlar münasibətilə iştirakçıları təbrik etmişlər.
Daha sonra iştirakçılar mənəvi dəyərləri və həmrəyliyi təcəssüm etdirən iftar süfrəsi arxasında bir araya gəlmişlər.



